Alimlər Avropa üçün yeni təhlükəni proqnozlaşdırırlar

Kopenhagen Universitetinin mütəxəssisləri qlobal istiləşmə ilə əlaqədar Avropada tezliklə buz dövrünün başlayacağını göstərən iqlimin kompüter modelini yaradıblar.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, alimlərin fikrincə, Qrenlandiya buzlaqlarının kəskin şəkildə əriməsi okeana güclü şirin su axını verir ki, bu da Qolfstrim cərəyanını “yuya” bilər. Məhz bu cərəyanın sayəsində indi Avropanın mülayim iqlimi var. Əsrin ortalarında cərəyanlar sistemi pozulacaq. Təxminən 60-70 ildən sonra planetin Şimal yarımkürəsində güclü soyuqlar başlayacaq.

Eyni zamanda, ekvator zonasında istilik və quraqlıq güclənəcək. Dəyişikliklər həmçinin dəniz səviyyəsinin qalxmasına, daha çox qasırğa və daha çox daşqınlara səbəb olacaq. Bu vəziyyət isə ərzaq böhranına səbəb ola bilər.