İnsan beynini bədəndən ayrı şəkildə canlı saxlaya bilən cihaz icad edilib.
Yenicag.az xəbər verir ki, bununla bağlı təcrübə ABŞ-nin Teksas Univeristetində aparılıb.
Alimlər ketaminlə yatızdırılan donuzun beyninə gedən qanı izolyasiya etməyi bacarıblar. İstifadə olunan alqoritm beynin qan təzyiqini, miqdarını, istiliyini qoruyub, onu ehtiyac duyduğu qida maddələri ilə təmin edib.
Nevroloqlar beyindəki aktivliyin 5 saat boyunca minimum dəyişiklik göstərdiyini bildiriblər. Alimlər bu texnologiya ilə gələcəkdə beyin transplantasiyasının mümkün olacağını qeyd edirlər.