Alimlər dünyanın ən ağrılı hissini açıqlayıb

İnsanlar ömrü boyu bir çox neqativ duyğular yaşayır. Bunlardan ən ağırı isə ölüm və ayrılıqdır.

Yenicag.az xarici KİV-ə istinaən xəbər verir ki, alimlər 600 nəfəri əhatə edən maraqlı bir eksperiment həyata keçiriblər. Araşdırmada insanların hansı itkidən daha çox təsirləndiyi nəzərdən keçirilib. Məlum olub ki, insanlar ayrılıqdan sonra psixoloji yas dövrü yaşayırlar, lakin beyin bunun imitasiya olduğunu anlayır. Bunun digər bir səbəbi şüuraltında ayrılığın fiziki olduğunu dərk etməkdir.

Həmçinin alimlər Şərqdən Qərbə getdikcə bu göstəricilərin dəyişə biləcəyini də vurğulayırlar. Belə ki, Şərqdə qrup əlaqaləri daha güclüdür, Qərbdə isə insanlar daha çox fərdiliyə üstünlük verirlər. 2 il davam edən eksperimentin nəticələri beləliklə “Ayrılıq ölümdən betərdir” tezisini də çürütmüş oldu.

Yenicag.az