Kişilər sarışın qadınları əsmər və ya kürən saçlı qadınlardan daha cazibədar hesab edirlər.
Yenicag.az xəbər verir ki, ABŞ-ın Minnesota ştatında Auqsburq Universitetinin alimləri belə bir nəticəyə gəliblər.
Araşdırmada 110 kişi iştirak edib. Onlara qadınların beldən yuxarı çəkilmiş şəkilləri nümayiş etdirilib. Kişilərin əksəriyyəti sarışın qadınların cəlbedici olduqlarını bildiriblər.
Auqsburq Universitetinin mütəxəssisləri hesab edirlər ki, kişilərin bu seçimi sarı saçlı qadınların əsmərlərdən daha cavan görünməsinə əsaslanıb.
Buna baxmayaraq, nikah üçün kişilər kürən və əsmər qadınlara üstünlük verirlər. Onların fikrincə sarışın qadınlar “yüngülxasiyyətli” olurlar.
Bundan başqa, alimlər uzun saçlı qadınların qısa saçlı qadınlara nisbətən daha az cəlbedici olduqlarını düşünürlər.