ABŞ-da Böyük adada müşahidə olunan vulkanik aktivlik güclü buxar partlayışları silsiləsilə başa çata bilər.
Yenicag.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu zaman 10 tonlarla çay daşları və böyük miqdarda kül ətrafa səpələnəcək.
Geoloqlar Kilauea vulkanında lava gölünün səviyyəsinin aşağı düşdüyünü müşahidə ediblər. Alimlərin fikrincə, əgər bu səviyyə qrunt sularına qədər ensə, partlayış baş verəcək. Fəlakətin dəqiq vaxtı bilinməsə də, bunun yaxın bir neçə həftə ərzində baş verəcəyi bildirilir.
Bu halda 10-12 ton ağırlığında böyük daş parçalar vulkanın kraterindən 1 kilometr məsafəyədək ətrafa sıçrayacaqlar. Daha uzaq məsafələrə isə kiçik daş parçalarının səpələnməsi ehtimalı var. Kül yığını isə 32 kilometr məsafəyədək ətrafa yayılacaq. Lakin, partlayışın gücü buxarın təzyiqindən asılı olacaq.