!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alimlər vaxtından əvvəl doğulan körpələr üçün süni uşaqlıq yaradıblar

!Reklam – Yazi

Amerikalı bioloqlar dünya tarixində ilk dəfə olaraq içərisində rüşeym yetişdirilən “süni analıq” hazırlayıblar.

Yeniçağ.Az xəbər verir ki, “Nature Communications” nəşrinin məlumatına əsasən, bu təcrübə ilk dəfə rüşeym halında olan quzu üzərində aparılıb. Rüşeym düz bir ay inkubatorda saxlanılıb.

Mütəxəssislər bildiriblər ki, vaxtından əvvəl doğulmuş körpələr, habelə heyvan rüşeymləri üçün nəzərdə tutulan “süni analıq” həyatı qoruyub saxlamaq məqsədi daşıyan özünəməxsus sistemdir. Burada rüşeym xüsusi amniotik mayenin daxil olduğu borulara qoşulan möhkəm paketdə yerləşir. Rüşeym halında quzu da məhz belə inkubatorda yetişdirilib.

Alimlərin sözlərinə görə, “biokisə”yə doldurulan amniotik mayenin tərkibinin təkmilləşdirilməsi daha iddialı məsələləri həll etməyə və inkişafdan qalan rüşeymlərin böyüməsinə şərait yaradır. Bundan başqa, inkubator həm inkişafdan qalan rüşeymləri, həm də, insan övladını xilas edə bilər. (AzərTac)

Yeniçağ.Az

www.yenicag.az

709
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv