Alimlər: Yer kürəsini iqlim cəhənnəmi gözləyir

Ümumdünya Metereologiya Təşkilatı (ÜMT) qlobal istiləşməyə səbəbindən gözlənilən təbii fəlakətlər barədə hesabat hazırlayıb.

Yeniçağ.Az “son-xeberler.com”-a istinadən məlumat verir ki, təşkilatın hesabatında bildirilir ki, 2016-cı il rekord dərəcədə isti il olub.

“Orta temperatur 2015-ci il ilə müqayisədə 1,1° yüksək olub. Qlobal temperaturun artması iqlim sistemində digər dəyişikliklərlə əlaqəlidir. Okean suyunun səviyyəsi artmaqda davam edir. Arktika dənizlərinin buz örtükləri ötən illərlə müqayisədə xeyli azalıb”, – hesabatda deyilir.

Həmçinin qeyd olunur ki, atmosferdə karbon qazının miqdarı norma göstəricilərini keçib.

Mütəxəssislər əmindirlər ki, Kaliforniyadakı leysan yağışlar, Braziliyadakı quraqlıq, Kanadadakı yanğınlar və Hindistanda baş verən zəlzələlərin səbəbi məhz qlobal istiləşmədir.

Alimlərin fikrincə, 2017-ci ildə Yer kürəsini yeni təbii fəlakətlər gözləyir, belə ki dünya okeanının səviyyəsi daha da qalxacaq. Əgər müvafiq tədbirlər görülməsə, gələcəkdə Yer kürəsini iqlim cəhənnəmi gözləyir.

Yeniçağ.Az

COP29