Türkiyədə bomba həyəcanı yaşanıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs polisə zəng edərək alış-veriş mərkəzində partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib. İstanbulun Esenyurt səmtində yerləşən AVM-nin giriş-çıxışları bağlanıb, insanlar isə təxliyə olunub.
Polis faktla bağlı araşdırmalara başlayıb.