Yenicag.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin məlumat verib
Onun sözlərinə görə, Alla Puqaçovanın Rusiyada xarici agent kimi tanınması ilə bağlı müraciətinə Rusiya Federasiyası Baş Prokurorluğundan cavab gəlib.
“Alla Puqaçovanın xarici agent olaraq tanınması proseduru başlanılıb, prokurorluq Rusiya Federasiyası Ədliyyə Nazirliyindən Puqaçovanı xarici agent kimi tanımasını xahiş edir. Ümid edirəm ki, nəzarət orqanları bu işi sona çatdıracaqlar”, – o deyib.