Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Allah heç kəsin ağlını əlindən almasın!”

610x380xaztv.jpg.pagespeed.ic.1fbFHoSI7yYəqin çoxları bilmir, amma vaxtilə İngiltərədə pul siyasətinə rəhbərlik edərkən İsaak Nyuton kimi dahini səriştəsizlikdə, fırıldaqçılıqda ittiham ediblər. Bir qədər araşdırma apardıqdan sonra alim öyrənib ki, onu bu cür yaramazlıqda ittiham edən şəxsin özü saxta pul kəsən insanlarla iş qurub, sonra onları polisə satmaqla pul qazanan alçaq və şərəfsizin biridir. Təbii ki, həmin şəxs layiqli cəzasına çatır…
Bu günlərdə AzTV-nin keçmiş əməkdaşı Ağanisə Sultanovanın FB-dəki şüvənini gördükdə bu əhvalat yadıma düşdü. Maraqlıdır, görəsən Ağanisə hansı ədalətdən danışır? Görün, AzTV rəhbərliyi nə qədər səbirlidir ki, TV meyarlarına (diksiya, ləhcə, intellekt, zahiri görünüş) qətiyyən uyğun gəlməyən birinə 9 il dözüb, hələ üstəlik jurnalistlərin binasından mənzil almasına da imkan yaradıb!

Halbuki, deyilənə görə, xanım jurnalist onun kaprizlərini yerinə yetirməyən şəxslərin həyatını qaraltmaqda ustadır.

Onun AzTV-yə ikinci gəlişi də İbrahim Məmmədov hələ baş redaktor olarkən baş tutub.

Deyilənə görə, Ağanisəni AzTV-dən ilk dəfə qovan Nizami Xudiyev olub. Belə ki, onun sədrliyi dönəmində qeyri-adekvat davranışa malik olan Ağanisə radioda çalişan Şərəf adlı bir xanım əməkdaşla dava salıb. Bundan xəbər tutan Xudiyev ştatdankənar müxbir olan Ağanisənin AzTV-yə buraxılmamasını tapsırıb.

Ən gülməlisi isə odur ki, bugünlərdə israrla dəyərli jurnalist həmkarlarından dəstək istəməklə məsğul olan Ağanisə bunu öz doğma bacılarından istəyə bilmir. Əcəba, görəsən, nədən, jurnalistika sahəsində çalışan digər iki bacısı Ağanisənin mənzilində qalmaqdansa, kirayədə yaşamağa üstünlük verir?
Lap yada vaxtilə görkəmli yazıçı Mirzə İbrahimovun ermənilərə söylədiyi ifadə düşür: “Allah heç kəsin ağlını əlindən almasın!”./7News.az

www.yenicag.az

289