!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Allaha təvəkkül uçmayan BİNA: Kanalizasiya xətti mənzillərin içindən keçir - REPORTAJ / FOTO

!Reklam – Yazi

Heç bir qurumun balansında olmayan, yararsız və insanların Allah ümidinə yaşadığı bina…

Sözü gedən bina Bakı şəhəri, Səbail rayonu Arif İsmayılov küçəsi 88/3 ünvanında yerləşir. Keçmiş peşə məktəbi olan, hal-hazırda məcburi köçkünlərin məskunlaşdığı bina hər an uça və faciə yaşana bilər. Ancaq rəsmi qurumlar bu vəziyyətdən çıxış yolu tapa bilmir.

Həmin bina SSRİ dövründə peşə məktəbi kimi fəaliyyət göstərib. 1990-cı illərin əvvələrində bina yararsız olduğundan pəşə məktəbini həmin binadan köçürüblər. Peşə məktəbi köçürüldüyündən həmin bina Təhsil Nazirliyinin balansından çıxarılıb. Birinci Qarabağ müharibəsi dövründə sözü gedən qəzalı vəziyyətdə olan binaya məcburi köçkünlər yerləşdirilib. Maraqlıdır ki, bina qəzalı olduğundan heç bir qurumun balansında olmayıb və vətəndaşlar orada yaşamağa başlayıb. İnsanlar yaşadıqca bina daha da ağır vəziyyətə düşüb. Pilləkanların bir çoxu dağılıb. Divarlarda böyük yarıqlar əmələ gəlib. Həmin binada dəfələrlə insanlar pilləkanlardan yıxılaraq xəsarət alıblar. Ayağı qırılan şəxslər də olub. Bina demək olar ki, siçovul yuvasına çevrilib. Dəfələrlə bina ilə bağlı rəsmi qurumlara müraciət olunub, ancaq heç bir tədbir görülməyib.

Yeri gəlmişkən, bina iki hissədən ibarət olub. Binanın bir hissəsində söküntü işləri başlayıb. Həmin binaya bitişik olan mənzillərdə də problemlər yaranıb, divarlar çatlayıb, yağış, külək olan kimi yağış suları və toz mənzillərin içərisinə dolur.

Binanın arxa hissəsindən kanalizasiya xətti keçir. Betonlar çatladığı üçün kanalizasiya suları da insanların yaşadığı mənzillərin içərisindən keçir. Binanın vəziyyəti orada yaşayanları narahat edir. Binanın hər dəqiqə uçma təhlükəsi var. Belə desək, keçmiş peşə məktəbinin binasında yaşayanlar Allah ümidinə yaşayırlar.

Ərazidən hazırlanmış fotoları sizə təqdim edirik:

Səxavət Məmməd
Foto: Fariz Faiqoğlu

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv