Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşdü

Reklam: Sinerji Pro

İyulun 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasında rəsmi səfərdə olan İtaliya prezidenti Sercio Mattarella ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete və Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının nümayəndəsi Mifodiy Efendiyev də iştirak ediblər.

Görüşdə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb, ölkəmizdə bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığı qeyd edilib. Allahşükür Paşazadə Azərbaycan ilə İtaliya arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Şeyxülislam qeyd edib ki, Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin qurulmasında nümunəvi ölkə kimi tanınır, respublikamızda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa olunur və yeniləri inşa edilir. Bu işə dövlət fəal dəstək verir. Ölkəmizdə bütün dinlərin nümayəndələri üçün hərtərəfli şərait yaradılıb və dini abidələrə xüsusi qayğı ilə yanaşılır.

İtaliya Respublikasının prezidenti Sercio Mattarella Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və ölkəmizdəki dini icmaların nümayəndələri ilə görüşündən məmnunluğunu vurğulayıb. Prezident qeyd edib ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər çox yüksək səviyyədədir, bütün sahələrdə əməkdaşlığın daha da inkişafı üçün ardıcıl işlər görülür. Prezident Sercio Mattarella İtaliyanın Azərbaycanın dünyəviliyini və dini tolerantlığa olan hörmətini yüksək qiymətləndirdiyini xüsusi vurğulayıb, radikalizmdən doğan təhlükələrə qarşı Azərbaycanın gördüyü işləri İtaliyanın dəstəklədiyini deyib.

Görüşdə Azərbaycan ilə İtaliya arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

www.yenicag.az

615
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS