Allahşükür Paşazadə Vyaçeslav Makarov ilə görüşüb – VİDEO

Sankt-Peterburqun Qanunvericilik Orqanının sədri Vyaçeslav Makarov Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya arasında hazırda müxtəlif sahələrdə 200-dən çox dövlətlərarası və hökumətlərarası sənədlərin imzalandığı bildirilib. Ticari-iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkə arasında böyük imkanların mövcud olduğu deyilib.

Həmçinin söhbət zamanı sosial, humanitar, mədəni, sahələrdə də qarşılıqlı münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb.

COP29