Allahşükür Paşazadədən “Sovetski”də iki məscidin sökülməsinə reaksiya

“Mən bir din xadimi olaraq hər hansı məscidin sökülməsinə tərəfdar deyiləm”.

APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakının “Sovetski” ərazisində iki məscidin sökülməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, sökülməsi nəzərdə tutulan məscidlərin heç biri QMİ-də qeydiyyatdan keçməyib.

Yeniçağ.az