Allahşükür Paşazadənin oğlu Azərbaycanı birdəfəlik tərk etdi – ailəsi ilə birgə

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin oğlu Azərbaycanı tərk edib.

Yenicag.az ölkə.az-a istinadən xəbər verir ki, Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə ailəsi ilə bərabər birdəfəlik ölkəni tərk edib

Ötən gün Məhəmməd Paşazadə həyat yoldaşı və 3 övladı ilə bərabər Türkiyəyə köçüb. O, Türkiyənin İstanbul şəhərində ev alıb.

Onun qəfil Azərbaycanı tərk etməsinə səbəb olaraq son vaxtlar atasına qarşı mətbuatda yayılan informasiyalar göstərilir.

COP29