!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Allahverən Məmmədzadə “Höccət İbn Həsən” məscidinə imam təyin olundu

!Reklam – Yazi

Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi “Höccət İbn Həsən” məscidinə imam vəzifəsinə yeni təyinat olub.

Yenicag.az xəbər verir ki, bu məscidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq 24 may 2022-ci il tarixində elan edilmiş müsahibə üzrə keçirilmiş imtahanda uğur qazanan Məmmədzadə Allahverən Davud oğlu imam vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Allahverən Məmmədzadə Hövsan qəsəbəsi “Höccət İbn Həsən” məscidinin dini icmasının sədridir.

Allahverən Məmmədzadə haqqında:

O, 1978-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olub. Bakalavr təhsilinin ilk ilini Türkiyənin Doqquz Eylül Universitetinində alıb. Daha sonra dörd il Bakı Dövlət Universitetində təhsilini davam etdirərək, Bakalavr və Maqistr dərəcəsini qazanıb. İlahiyyatçı və Ərəb dili müəllimi olan Allahverən Məmmədzadə 2002-ci ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnistutuna qəbul olunub. 2003-cü ildə isə həmin İnistutu bitirmiş və Tarixi müəllimi peşəsinə yiyələnib. Təhsilini davam etdirən Allahverən 2003 -cu ildə Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutuna Aspirant kimi qəbul olunub. Bir çox elmi məqalələrin müəllifidir.

Ailəlidir, 5 övladı vardır.

www.yenicag.az

1413
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv