Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Allergiya ilə necə mübarizə aparmalı? - Vasitələr

Allergiya mövsümü artıq başlayıb. Allergiya yuxusuzluğa, iş enerjisinin azalmasına və bəzən də sinus infeksiyalarının artmasına səbəb olur. Qversetin allergiya ilə savaşmağa yardım edən güclü antioksidantdır. Soğan, sarımsaq və almada bol miqdarda var.

Bəs allergiya əleyhinə hansı vasitələrdən istifadə etməliyik?

Yenicag.az həmin vasitələr haqda məlumatı araşdırıb sizlərə təqdim edir:

BROKOLİNİ ƏSKİK ETMƏYİN!

Brokoli allergiya simptomlarını məhv etməkdə sizə yardımçı ola biləcək dəyərli qidalardandır. C vitamini ilə olduqca zəngindir və sinusları təmizləyir. Tədqiqatçılar gündə təxminən 500 mq. C vitamininin allergiya simptomlarını azaltdığını və 1 stəkan çiy brokoli suyunda təxminən 80 mq. C vitamini olduğunu aşkar ediblər. Brokoli xərçəng hüceyrələrinin qarşısını alır, bədənin müqavimətini artırır və xroniki iltihablara qarşı müalicəvi əhəmiyyətə malikdir. Soğan, sarımsaq və almada olduğu kimi qversetin tərkibi ilə doludur. Bunları gün ərzində yemək allergiyaya qarşı ən güclü vasitə sayılır. Xüsusilə də sarımsaq təbii bir antibiotikə malik duğu üçün bədənin immun sistemini artırıb, qripə(zökəm) qarşı müdafiə edir.

CƏFƏRİ YEYİN!

Cəfəri allergiyanın yaranmasına səbəb olan histamin hormonunun ifrazına səbəb olur. Cəfəri sidik qovucu xüsusiyyətlərə malik olduğu üçün lazımi miqdarda qəbul edilməlidir.

EVƏ GƏLDİKDƏ ÜSTÜNÜZÜ DƏYİŞİN!

Evə gəldikdə paltarınızı dəyişib mütləq duş alın. Siqaret dumanı da allergiyanın yaranmasına səbəb olan amillərdən biridir. Buna görə də siqaret çəkilən məkanlardan uzaq olmağınızda fayda var.

Bahar allergiyasının başlıca səbəbi olan tozcuqların burun dəliklərinə girməsinin qarşısını almaq üçün burnunuzun ətrafına gel sürtə bilərsiniz.

Tahirə Nur

www.yenicag.az

9707
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM