!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatdan skandal təklif: "Müsəlmanların işləməyi qadağan edilsin"

!Reklam – Yazi

Almaniyada Ramazan ayı boyunca oruc tutan müsəlmanların işləməyi qadağan oluna bilər.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu təkliflə müxalifətdə olan radikal sağçı millət vəkili Martin Zixert çıxış edib. O, Ramazan ayında oruc tutan müsəlman həkimlərin, tibb bacılarının, pilotların, avtobus və qatar sürücülərinin işləməsinin qadağan edilməsini tələb edib. Zixert 12 saat heç nə yeyib-içməyən bir cərrahın işini layiqincə yerinə yetirə bilməyəcəyini bildirib və oruc tutan insanların diqqətini cəmləşdirməsində problemlərin olduğunu iddia edib.

Alman höküməti Zixertin çağırışına reaksiya verməyib.

Hazırda Almaniyada ümumilikdə 4 milyon müsəlman yaşayır.

Qeyd edək ki, millət vəkili bu təklifini danimarkalı nazir Inger Stojberqin Ramazan ayında müsəlmanlara tətil verilməsi ilə bağlı etdiyi çağırışdan sonra səsləndirib.

www.yenicag.az

2422
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv