Alman kəşfiyyatı Ermənistana qaçan fətullahçını niyə və necə qoruyur?

“Fətullahçı” terror təşkilatının (FETÖ) qaçaq üzvlərindən Zəkəriyya Özün Almaniyada olduğu və bu ölkənin kəşfiyyat qurumu olan BDN tərəfindən qorunduğu bilinməkdədir.

Yenicag.az xəbər verir ki, “Sözcü” qəzetinin yayınladığı xəbərə görə FETÖ ilə mübarizə başladıqdan sonra Türkiyədən qaçıb başqa ölkələrə sığınan terrorçular, xüsusilə də öncə Ermənistana, daha sonra isə Avropaya qaçan sabiq prokuror Zəkəriyya Öz Almaniyanın kəşfiyyat idarəsi BDN tərəfindən qorunur.

Əldə edilən məlumtlara görə Zəkəriyya Öz Almaniyadan Dubaya gedib geri gəldikdən sonra ölkədaxilində mütəmadi olaraq yerini dəyişdirir.

Zəkəriyya Özü gördüyünü söyləyən bəzi vətəndaşlar onun çox tez-tez görünüşünü dəyişdirdiyini də vurğulayırlar.

Özə Almaniya tərəfindən mühacir passportu verildiyi təxmin edilir.

Qeyd edək ki, Zəkəriyya Öz Gülənin təlimatı ilə Türkiyədə vətənsevərlərə qarşı keçirilən “Ergenekon” əməliyyatının aparıcı müstəntiqi olub. FETÖ ilə işbirliyi ortaya çıxandan sonra məxfi sənədlərlə İravana qaçıb, oradan isə Almaniyaya sığınıb.