Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kahlın gizli sənədləri masada unutduğu üzə çıxıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu, 2022-ci ildə Əfqanıstanla bağlı araşdırma komitəsinin iclası zamanı baş verib.
Belə ki, Kahl toplantı sonunda “gizli” ştrixli sənədi masanın üzərində unudub.
Toplantıda müzakirə edilən mövzulardan biri isə deputatlara gizli sənədlərin verilməsi prosesinin yavaş işləməsi olub.