Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Alman professorlar Bilik Fondunda

79756 (1)Azərbaycanın Prezidenti yanında Bilik Fondunda dünya səviyyəsində tanınan iki alman professorla görüş keçirilib.

Almaniyanın Vürtsburq (Würzburg) Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmann və Auqsburq (Augsburg) Universitetinin professoru Klaus Volfla görüşdə Fondun əməkdaşları ilə yanaşı müxtəlif universitetlərin tələbələri də iştirak edib.

Beynəlxalq layihələr sektorunun təşkil etdiyi görüşdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Fondun yaranma zərurəti, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə qonaqlara məlumat verib. (qafqazinfo.az)

www.yenicag.az

356