Alman qəzeti müharibəyə etiraz edən rusiyalı jurnalisti işə götürdü

Almaniyanın “Die Welt” qəzeti Ukraynada müharibəyə etiraz olaraq Rusiya dövlət televiziyasının canlı yayımına çıxan rusiyalı jurnalist Marina Ovsyannikovanı müxbir kimi işə götürüb.

Yenicag.az xəbər verir ki, bu barədə qəzetin sahibi Aksel Springer bildirib.
Springer deyib ki, 43 yaşlı Ovsyannikova həm qəzet, həm də “Die Welt” telekanalı üçün Ukrayna və Rusiyadan reportajlar hazırlayacaq.

“Rusiyanın dövlət kanalının keçmiş redaktoru efirdəki etirazı ilə dövlət repressiya təhlükəsinə baxmayaraq, ən mühüm jurnalist etikasını müdafiə edib”, – “Welt Group”un baş redaktoru Ulf Porşardt bildirib.

Xatırladaq ki, martın 14-də “Pervıy kanal”ın efirində “Vremya” xəbərlər proqramının yayımı zamanı aparıcının arxasında əlində plakat tutan qız peyda olub.

Plakatın üzərində “Müharibəyə yox! Müharibəni dayandırın. Təbliğatlara inanmayın. Burada sizə yalan danışırlar!” şüarları yazılıb. Daha sonra həmin şəxsin kanalda redaktor vəzifəsində çalışan Marina Ovsyannikova olduğu məlum olub. Ovsyannikova bu nümayişdən sonra etiraz qanunlarını pozduğuna görə 30 min rubl (215 funt sterlinq) cərimə olunub./Apa/