Alman şirkəti 700 000 avtomobilini geri çağırdı – SƏBƏB

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” dünya miqyasında 700 000 avtomobilini geri çağırıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, “Tiquan” və “Touran” model avtomobilləri əhatə edən çağırışların səbəbi işıqlandırma sistemində ortaya çıxması ehtimal edilən qısaqapanmadır.

Bu qısaqapanma avtomobilin anidən alışıb-yanması riskini ortaya çıxarır.