Alman turist Şamaxıda qəzaya düşdü

Almaniyalı turist Şamaxıda qəzaya düşüb.

Yenicag.az xəbər verir ki, hadisə rayonda fəaliyyət göstərən istirahət məkanlarının birində qeydə alınıb.

Almaniya vətəndaşı, 1996-cı il təvəllüdlü Feliks Antonius motosikletlə hərəkətdə olan zaman anidən idarəetməni itirib və aşıb.

O, yaxınlıqdakı insanların köməyi ilə təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdilirib.

Cərrahiyyə şöbəsinə yerləşdirilən F.Antoniusa sol qolunun sınığı, sol baldır və ayaq nahiyəsinin əzilmiş yaraları diaqnozu qoyulub. Həkimlər xəstənin vəziyyətini qənaətbəxş hesab edir.

Faktla bağlı araşdırma aparılır.