“Almaniya Azərbaycan və Ermənistan arasında yeni vasitəçi ola bilər” – “Kommersant”

“Almaniya Rusiya Federasiyasını aradan çıxararaq Azərbaycan və Ermənistan arasında yeni vasitəçi ola bilər”.

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın “Kommersant” nəşri yazıb. Nəşr Almaniyanı Azərbaycan və Ermənistan arasında yeni vasitəçi kimi görür.

“Almaniya kansleri Şolts özünü Ermənistanla Azərbaycan arasında vasitəçi rolunda sınayır.

Azərbaycan Prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyan Almaniya kansleri Şoltsun vasitəçiliyi ilə bu il Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ilk görüşünü keçirib.

Tərəflər sülh müqaviləsi üzərində işi davam etdirmək barədə razılığa gəliblər.

Bakının ABŞ və Fransanın vasitəçiliyindən imtina etdiyi, İrəvanın isə Qərb platformalarına üstünlük verdiyi bir şəraitdə Berlin təşəbbüsü Moskvadan ələ keçirərək Cənubi Qafqazda nizamlanmanın əsas vasitəçisinə çevrilməyə cəhd edə bilər”, – “Kommersant” yazıb.

Xuraman Etibarlı

COP29