Almaniya bankından PROQNOZ: “Payızda inflyasiya ikirəqəmli ola bilər”

Bundesbank Almaniya iqtisadiyyatında tənəzzül ehtimalının artdığını və payızda inflyasiyanın 10 faizə çata biləcəyini açıqlayıb.

Yenicag.az “Haberturk”ə istinadən bildirir ki, bu barədə Almaniya Mərkəzi Bankının (Bundesbank) açıqladığı avqust hesabatında məlumat verilib.

Hesabata görə, Almaniya iqtisadiyyatı ilə bağlı gözləntilərin getdikcə pisləşdiyi vurğulanıb.

“Ümumilikdə, payızda inflyasiyanın səviyyəsi 10 faizə çata bilər”, – deyə bildirilən hesabatda xüsusilə Rusiyadan qaz nəqlinin tamamilə dayanacağı təqdirdə inflyasiyanın daha yüksək səviyyədə olacağı proqnozlaşdırılıb.

Qeyd olunub ki, yüksək qiymətlər və qaz qıtlığı Almaniya hökumətini istehlakı azaltmağa vadar edir. Çünki metaldan tutmuş kimya istehsalına qədər, gübrə kimi enerjitutumlu sənayelər ciddi şəkildə zədələnir.

Gülşən