Almaniya “Brexit” qərarından sonra Aİ-yə 15 milyard avro əlavə pul ödəyəcək

AFR 2021-ci ildən Avropa İttifaqının (Aİ) büdcəsinə üzvlük haqqını 15 milyard avro artırmalı olacaq.

Yenicag.az  TASS informasiya agentliyinə istinadən xəbər verir ki, AFR-in yeni hökuməti Aİ büdcəsinə üzvlük haqqını artırmağa hazırdır.

Bu, Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlıdır. Məlumatı ölkənin Maliyyə Nazirliyini də təsdiqləyib.

Büdcə məsələləri üzrə Avropa komissarı Günter Ettinger 2021-2027-ci illər üçün Aİ-nin maliyyə xərclərini təqdim edərkən  AFR-in üzvlük haqqının 12 milyard avro artacağını güman edirdi. İndi isə məbləğ 15 milyard avrodan qədər artıb. Almaniya yeddi il üçün 45 milyard avro ödəməli olacaq. Üzvlük haqqının artması “Brexit”, habelə xarici sərhəd və təhlükəsizliyin mühafizəsi ilə bağlı yaranan əlavə xərclərdən irəli gəlir.

COP29