Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Almaniya çətin, İngiltərə asan qələbəyə sevindi

Reklam: High Technic

DÇ-2018-in seçmə mərhələsinin UEFA zonası üzrə növbəti oyunlar keçirilib.

Yenicag.az xəbər verir ki, ikinci oyun günündə C, E və F qrupunun komandaları mübarizə aparıblar. 7-ci tur çərçivəsində daha 9 matç baş tutub.

Azərbaycan yığmasının səfərdə Noveçə uduzduğu gündə C qrupunun mərkəzi oyunu Çexiya və Almaniya arasında keçirilib. İtkisiz irəliləyən bundestim bu görüşdə çətin qələbəyə sevinib. San Marino isə doğma meydanda Şimali İrlandiyaya böyük hesabla uduzub.

E qrupunda əsas diqqətlər Danimarka – Polşa matçında idi. Bu görüşdə meydan sahibləri 4 cavabsız qola seviniblər. Halbuki, Polşa qrupun vahid lideri idi. Rumıniya Ermənistanı məğlub yola saldığı halda, Qazaxıstan doğma meydanda Çernoqoriyaya böyük hesabla uduzub.

F qrupunda daha çox Slovakiya – Sloveniya görüşü maraq doğururdu. Meydan sahibləri bu oyundan minimal hesablı qələbə ilə ayrılıblar. Şotlandiya səfərdə Litvanı darmadağın edibsə, qrupun lider İngiltərə də Maltanın qonağı olub və rahat qələbəyə sevinib.

DÇ-2018-in seçmə mərhələsi
1 sentyabr

C qrupu

Norveç – Azərbaycan 2:0
Qol: C.Kinq, 32-pen. R.Sadıqov, 59-öz qapısına.

San Marino – Şimali İrlandiya 0:3
Qol: Macennis, 70; 75. Deyvis, 78-pen.

Çexiya – Almaniya 1:2
Qol: Darida, 78 – Verner, 4. Hummels, 88.

E qrupu

Qazaxıstan – Çernoqoriya 0:3
Qol: Vesoviç, 31. Beçiray, 53. Simiç, 63.

Rumıniya – Ermənistan 1:0
Qol: Maksim, 90.

Danimarka – Polşa – 4:0
Qol: Delaney, 15. Kornelius, 42. Yorgensen, 59. Eriksen, 80.

F qrupu

Litva – Şotlandiya 0:3
Qol: Armstronq, 25. Robertson, 30. Makkartur, 72.

Malta – İngiltərə 0:4
Qol: Keyn, 53; 90. Bertrand, 86. Uelbek, 90.

Slovakiya – Sloveniya 1:0
Qol: Nemeç, 81.

Yenicag.az

www.yenicag.az

540
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM