Almaniya hakimiyyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinin Hamburqa gəlməsinin əleyhinədir.
Yenicag.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya hökumətin nümayəndələri Bundestaqda keçirilmiş bağlı yığıncaq zamanı deputatları məlumatıandırıblar.
Məlumatda qeyd olunur ki, Almaniya hakimiyyəti “Böyük iyirmilik” sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ay əvvəl Vaşinqtonda etirazçılarla davada iştirak etmiş mühafizəçilərini görmək istəmir.
Almaniya hökuməti bu barədə parlament üzvlərini qapalı toplantıda məlumatlandırıb. Almaniya xüsusi xidmət orqanları Ərdoğanın Hamburqa gəlişinin onun tərəfdarları və əleyhdarları arasında toqquşmalara səbəb olacağından da ehtiyat edir. Almaniyada PKK terror təşkilatının 14 min tərəfdarı var və onların 600-ü Hamburqda yaşayır.
Qeyd edək ki, 7-8 iyul tarixlərində Hamburqda “G20” sammiti keçiriləcək.
Xatırladaq ki, Xatırladaq ki, Ərdoğan may ayında ABŞ-da səfərdə olan zaman Türkiyə konsulluğunun ətrafında toplaşan bir qrup PKK tərəfdarları prezident və hökumət əleyhinə şüarlar səsləndiriblər. Bu zaman Ərdoğan tərəfdarları ilə onlar arasında qarşıdurma yaşanıb.. Bununla əlaqədar ABŞ Dövlət Departamenti Türkiyəyə etirazını bildirib.