!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniya hərbi təyyarələrinin Azərbaycan üzərindən uçuşuna icazə verilmədi

!Reklam – Yazi

Almaniya Bundesverinin hərbi qulluqçuları Əfqanıstana uçmaq üçün Almaniya Federativ respublikasının silahlı qüvvələrinin təyyarələrindən istifadə edə bilmir. Və Amerikanın C-17 hərbi-nəqliyyat təyyarələrindən istifadə etməyə məcburdur. Səbəb isə budur ki, Azərbaycan hava məkanını Almaniya hərbi təyyarələrinə bağlayıb.

Virtualaz.org “Spiegel”ə istinaən xəbər verir ki, Azərbaycan NATO təyyarələrinin öz ərazisi üzərindən uçuşuna icazə verməkdən imtina edib. Almaniya Hərbi Hava Qüvvələri əsasən hər həftə Mərkəzi Asiya üzərindən Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhərinə uçuşlar edir. Həmin şəhərdə Bundesverin hərbi kontingenti dislokasiya olunub.

Bildirilir ki, Azərbaycanın imtina etməsi üzündən Bundesverin təyyarələri martın sonlarında Məzari-Şərifə uçuşları ləğv etməli olub. Almaniya Müdafiə Nazirliyinin hesabatında deyilir ki, bu ölkə HHQ-nin təyyarələri Azərbaycanla bağlı disputa görə aprelin sonlarına qədər bir sıra uçuşları dayandırır. Bundesverin əməliyyat komandanlığında bildiriblər ki, alman əsgərlərinin Əfqanıstnana və geriyə uçması “təmin olunub”, çünki alternativ olaraq ABŞ HHQ-nin başqa marşrutla uçan təyyarələrindən istifadə edilir.

www.yenicag.az

13440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv