Almaniya İkinci Dünya Müharibəsinə görə təzminat ödəyəcək

Almaniya kansleri Olaf Şolts İkinci Dünya Müharibəsi qurbanlarına təzminat ödənilməsi ilə bağlı Varşavaya təkliflər təqdim edib.

Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Sabah Polşanın paytaxtında 2018-ci ildən bəri ilk dəfə Polşa-Almaniya hökumətlərarası məsləhətləşmələr başlayacaq. Qeyd olunub ki, Almaniya kansleri Varşavada “İkinci Dünya Müharibəsinin Polşa qurbanlarına kompensasiya ödənilməsi və Polşanın müdafiəsini gücləndirmək üçün təkliflər paketi” təqdim edəcək.

Berlin işğal zamanı alman repressiyasının polşalı qurbanlarına təzminat ödəmək üçün bir neçə yüz milyon avro ayırmağa hazırdır. Kompensasiya 50 min nəfərə qədər uzadıla bilər./unikal

COP29