!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniya ilə Rusiya arasında GİZLİ ANLAŞMA: “Qazprom”un anbarları niyə “boşalıb?”

!Reklam – Yazi

Almaniya ilə Rusiya liderlərinin əldə etdiyi “qaz anlaşması”nın detalları açıqlanıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Federal kansleri Angela Merkel özü ilə Rusiya prezidenti Vladimir Putin arasında əldə onunan məxfi anlaşmanın detallarını Avropa İttifaqının (Aİ) liderləri ilə bölüşüb.

Məlumata görə, kanslerlə prezidentin əldə etdiyi razılaşmanın əsas müddəası Almaniyadakı təbii qaz anbarlarında toplanan ehtiyatların artırılması ilə bağlıdır.

Bununla belə, bu anlaşmanın icra edildiyi barədə danışmağın hələ tez olduğu vurğulanır.

Digər tərəfdən, Avropa ölkələrindəki təbii qaz anbarlarında ehtiyatların az olduğu bildirilir. “Qazprom”un nəzarətində olan anbarlarda isə ehtiyatlar ən aşağı səviyyəyə qədər azalıb.

Ekspertlər bu vəziyyəti “Qazprom”un təbii qazın qiymətlərinə təsir göstərmək niyyəti ilə əlaqələndirirlər. Çünki “Qazprom”un nəzarətində olmayan anbarlarda toplanmış ehtiyatın həcmi normal səviyyədədir.

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv