!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniya ilə Türkiyə arasında gərginlik: Səfir XİN-ə çağırıldı

!Reklam – Yazi

Almaniya Federal Parlamentinin sədr müavini Volfqanq Kubiçkinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı təhqiramiz ifadələri Türkiyənin sərt reaksiyasına səbəb olub.

Yenicag.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin açıqlamasında Almaniyanın Ankaradakı səfirinin nazirliyə çağırıldığı bildirilib.

Türkiyə XİN-in bəyanatda aşağıdakı ifadələr yer alıb:

“Almaniya Federal Parlamentinin sədr müavini Volfqanq Kubiçkinin Aşağı Saksoniya əyalətində seçki kampaniyası çərçivəsində etdiyi çıxışda prezidentimiz haqqında işlətdiyi təhqiramiz ifadələri ən kəskin şəkildə pisləyirik.

Kubiçkinin bu qəbuledilməz bəyanatları parlament sədrinin müavini vəzifəsinə layiq deyil, siyasi əxlaqdan və məsuliyyətdən tamamilə məhrumdur. Bu nalayiq ifadələr, əslində, Kubiçkinin siyasi və mənəvi səviyyəsi haqqında təsəvvür yaradır və onun vulqarlığını ortaya qoyur.

Bu məsələ ilə bağlı sərt reaksiyamız bu gün nazirliyimizə çağırılan Almaniyanın Ankaradakı səfirinə də bildirildi”.

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv