Reklam

Reklam

İdarəçi rəsmiləri terroristlə əl verib görüşən ölkə

Son vaxtlar Almaniya və Türkiyə arasında ziddiyyətlərin getdikcə gərginləşməsi heç də xoş hal deyil. Ümumiyyətlə, təkəbbürlü alman təfəkkürünün bu gün də davam edən qeyri-demokratik addımları bizi təəccübləndirməməlidir. Bir vaxtlar “dünyanın ən ali irqi almanlardır. Hər kəs bizə tabe olmalıdır” kimi irqçi və anti-semitist şüarla bütün dünyanı fəlakətə sürükləyən Almaniyadan başqa bir şey gözləmək sadəlövhlük olar. Özünü demokratik dəyərlərin və Avropanın mərkəzlərindən hesab edən Almaniyanı tanıyaq deyə, bu yazını qələmə alıram. Zaman-zaman dünyaya, Türkiyəyə və ölkəmizə “demokratiya” dərsi verən Almaniyanın əsl kimliyini və nə cür cinayətlər törətdiyini xatırlatmağın tam da zamanıdır. Məsələ burasındadır ki, hazırki Merkelin apardığı bu siyasəti bir əvvəlkilərin davamı kimi anlamaq lazımdır. Faşizm ilə öz kimliyini tanıdan, parlamentar diktatura ilə dünyaya yeni bir diktə rejimini gətirən, nasizm, irqçilik və anti-semitizmlə dövlətlər, millətlər arası düşmənçiliyi yayan Almaniya bu gün hansı demokratiyadan dəm vurur? Dünyanın ən böyük və ən qanlı cinayətinin – II Dünya Müharibəsi qətliamının səbəbkarı və baş cinayətkarı Almaniya dünyaya hansı hüquq və ədalətdən danışır? Kornel Universiteti əməkdaşı Milton Leytenberqin araşdırmasına (2006) görə, bu alman cinayətləri zamanı 70-75 milyon insan öldü. Buraya itkin düşənlər, şikəst və yaralı olanları da əlavə edəndə, mənzərə daha da acınacaqlı olur. Tarixin ən cani cinayətkarı demokrat ola bilərmi? Buraxın kiçik bir ölkəni, Afrika kimi təbii sərvətlərlə zəngin olan nəhəng bir qitəni işğal edib, sərvətlərini talayan, insanlarını isə müəllifi olduğu soyqırımlarla yox edən Almaniya bu gün hansı haqla dünyaya başqa sifətdə görünmək istəyir?

Yer üzünün baş cinayətkarı

Almaniya deyəndə mənim ağlıma bunlar gəlir: faşizmin məskəni, anti-semitizmin vulkanik krateri (mərkəzi), dünyanın ən böyük cinayətinin baş canisi, soyqırımlar (herero, nama və yəhudi) müəllifi, İslam düşməni, Afrikanı talayaraq, “3-cü dünya” adlandırılmasının və qitə sakinlərinin aclıqdan ölməsinin səbəbkarı, dünyanın başına bəla olan faşist və irqçi Hitleri dünyaya bəxş edən ölkə, Otto Bismark və 2-ci Vilhelm kimi işğalçıların vətəni, yerli qadınlara “Cinsi təcavüz“ yalanı ilə (bu yalanlar sonradan Avropa mətbuatından bəlli oldu) telekanallarında saxta xəbərlər yayaraq, bunu köçkünlərin ölkəyə girişinin azaldılması üçün qurma bir oyun kimi reallaşdıran respublika. Bitdimi? Yox. Keçmiş SSRİ-nin bir qismini, Fransa, Polşa, Çexiya, Sloveniya, Slovakiya, Ukrayna, İtaliya, Burundi, Çad, Qabon, Qana, Kamerun, Konqo, Marşal adaları, Mikroneziya, Namibiya, Nauru, Mərkəzi Afrika, Ruanda, Papua Qvineya, Palau, Tanzaniya, Macarıstan, Avstriya, Uzaq Şərq vəToqonu işğal və talan edən ölkə… Eləcə də, xəritə tortu bişirtdirib, başqa bir ölkənin neft şəhərini – Bakını işğaletmə hərisliyini ortaya qoyan liderin diyarı, kommunistləri və sosialistləri qətlə yetirənlərin vətəni. Unutmayaq, bu Almaniya öz telekanallarında 2010-cu ilin avqustunda “B. Dortmund” və “Qarabağ” futbol klubları Avroliqa çərçivəsində qarşı-qarşıya gələrkən, ermənilərə “sığal çəkmək” və “həssas” davranmaq adına “Qarabağ” Futbol Klubunun adını “Ağdam” deyə yazan Almaniyadır. Etirazlar olmasına baxmayaraq, işğal edilmiş torpaqlarımızın adını daşıyan klubumuzu həm telekanallarında, həm də internet saytlarında “Ağdam” klubu kimi də təqdim etmişdilər. Bununla yanaşı, 2016-cı ildə uydurma “erməni soyqırımı”nı qəbul edərək, özünə soyqırım şərikçisi axtarma cəhdinin müəllifi də Almaniyadır.

Terrorçulara mağara olmağa gedən yol

Bu gün isə PKK, PYD, FETÖ və digər terror təşkilatlarına maddi dəstəkçi və mağara rolunu oynayan Almaniya özünü nə qədər dünyanın “mədəniyyət beşiyi” adlandırsa da, tarixi, şüurlarımızı və öz cinayətlərini dəyişdirmək iqtidarında deyil. Əslində, bu “mağara” funksiyası bir acizliyin də nümunəsidir. Çadırlarda yaşayan köçkünlərə belə razı olmayan Berlin, hətta qaçqınlar yaşayan düşərgələri hündür hasarlarla mühasirəyə alaraq, “insan haqlarına” necə hörmət göstərdiyini ortaya qoyur. Son izlədiyimiz hadisələrlə alman rəsmilərinin türkiyəli nazirləri demokratiyanın bir parçası olan referendum üçün vətəndaşlarla görüşmə və öz fikirlərini çatdırma hüququndan məhrum etməsi, demokratik deyil, diktatorial bir addımdır. Fikir və ifadə azadlığını, hüquqi seçki prosesini məhkəmə və polis “qərarlarının” basqısı ilə məhdudlaşdırmaq, Almaniyanın hələ də öz tarixi keçmişində qaldığının daha bir nümunəsidir. Elə bugünkü qərarları keçmiş tarixi basqıların və əməllərin davamıdır. Yuxarıda əbəs yerə vurğulamamışam. Məsələn, üzərindən 100 il ötsə də, Almaniya törətdiyi Afrika soyqırımları ilə talan etdiyi ölkələrə təzminat vermək fikrində deyil. Hətta BMT 1985-ci ildə aldığı qərarla Almaniyanın törətdiyi cinayətləri soyqırım kimi qəbul edib. Həmçinin Böyük Britaniyanın Almaniyanın həyata keçirtdiyi Afrikadakı soyqırımlarla bağlı qınama qərarı var. Amma alman təkəbbürü nə hüququ, nə BMT-ni, nə də insan həyatının qiymətini tanıyır.

Bənzəri olmayan kütləvi insan qətliamları

1904-1907-ci illər, Afrika… Almaniya mərkəzi hökuməti göstəriş verir. Generallar Lottar vəVon Trohtanın rəhbərliyi ilə yerli nama və hererolar işgəncə ilə qətlə yetirilir. 100 mindən çox insan öldürülür. Bu soyqırımlar zamanı heroların 80, namların isə 50 %-i yox edilir. Bu cinayətlərdən sonra 130 minə yaxın yerli əhalidən 15 mini sağ qalır. Həmin soyqırımla bağlı general Trohtanın“Vernichtungsbefehl”(Yox etmə) adlandırdığı mətn də mənbə olaraq qalmaqdadır.
BMT hesabatlarına görə, o 1904-1907-ci illərdə sayı 80 minə yaxın olan hererolar bu qətliamlardan sonra 15 minə qədər azalır. Mövzu ilə əlaqədar araşdırmalar aparan Ceremi Sarkin Huqes də ölənlərin təqribən 100 min olduğunu qeyd edir. Görünür, Hitler də öz babalarından nümunə görtürmüşdür. Almanların insan həyatını nə cür ucuz tutmasına aid nümunələr çoxdur. Məsələn, aşağıdakı kimi:
Alman hərbçiləri Namibiyada “Grand Game” (Nəhəng Oyun) adlı bir oyun oynayırlar. Oyunda qumar üçün ortalığa qoyulan yerli xalq gözləri bağlı halda alman generalları və əsgərləri tərəfindən silahla ovlanırlar. Ən çox namibiyalı vuran şəxs qoyulan pulu qazanır.

Yaxın tarixin quldarlıq və istismar maşını

Keçmişi bu qədər ləkəli və bənzəri görünməmiş insan cinayətləri ilə dolu olan Almaniya dünyanı aldatmağa çalışmasın. Bu almanlar Afrikanın bir sıra hissələrini işğal edərkən yerli qaradərili qadınların ərlərini öldürdükdən sonra cinsi istismara və köləliyə sövq etməyi də unutmayıblar. Dünya tarixində törədilən soyqırımlar üzrə araşdırmaçı, tarix üzrə professor Bencamin Madley, diqqəti o zamankı alman vəhşətlərinə çəkərək, alman işğalında olan düşərgələri həbsxana və əmək düşərgəsi adlandırmağın yanlış olduğunu qeyd edir. O, bu yerləri “ölüm düşərgələri” adlandırır:

“Əksəriyyəti uşaq, qadın olan əsirlər, sutka ərzində 18 saat işləməyə məcbur edilmişdilər. Girovlara ölü at, öküz əti verilirdi. Bu səbəbdən ölümlər durmadan artmışdı”. Madley həmçinin öz yazılarında bildirir ki, “ölüm düşərgələrinə” göndərilənlərə döymə (tatu) edilir, düşərgədən uzaqda çalışanların isə boyunlarına lent bağlanılırdı:
“İşləməyi rədd edənlər ya asılır, ya da güllələnirdi. “Yetərincə” çalışmayanlar isə qamçı ilə cəzalandırılırdı.”

Tarixdə törədilmiş alman cinayətlərini1905-ci ildə ərazini ziyarət edərək, hadisələri öz gözləri ilə görən Persival Qriffit “Agos” qəzetinə müsahibəsində bu cür qeyd edir:

“Orada yüzlərlə işgəncələr var. İş zamanı yorulub yıxılanlar əsgərlər tərəfindən öz gücləri ilə qalxıb, işlərinə davam edənəcən döyülürdü. Kürəyində uşağı olan bir qadın gördüm. Başının üstündə üzüm səbəti vardı. Səbət anidən yerə düşdü. Əsgər dərhal gəlib, 4 dəqiqədən artıq qadını qamçıladı. Qamçılar körpə uşağa da dəyirdi. Uşaq ağrıdan ağlayırdı. Qadın tez qalxmağa çalışsa da, əldən düşmüşdü.”

Qeyd edim ki, Almaniyanın Namibiyada etdiyi vəhşətlər səbəbindən üzr istəməməsinə Namibiyanın baş naziri Theo-Ben Qurirab öz etirazını bu cür bildirmişdi: “Almaniya İsrail, Rusiya, və Polşada törətdiyi cinayətlərə görə onlardan üzr istədi. Çünki onlar ağdərilidir. Biz isə, qaradəriliyik. Bu səbəbdən üzr istəmək problemdirsə, bu, irqçilikdir.”

Üstü örtülən insan cinayətlərinin hüquqi cəzalar almaması

1980-90-cı illər ərzində türk və yunan iş adamlarının öldürüldüyü yer də Almaniyadır. Almaniyada türk diplomatlarının öldürülmə cinayətləri də unudulmamalıdır. Halbuki, günümüzdə hüquqdan danışan Almaniya bu qətllərin bir çoxunun cinayətkarını layiq olduğu cəzaya məhkum etməyib. Bugünkü FETÖ və digər terroristlərin cəzalandırılmaması da əvvəlkilərin davamı kimi qiymətləndirilməlidir. Almaniya bütün bunlarla dünyaya sübut edir ki, tarix dəyişə bilər, dünya demokratikləşə bilər, amma alman əməlləri dəyişməyəcəkdir.

Başqasının torpağını işğal və talan edən, əhalisini soyqırıma və zülmə məruz qoyan almanlar Münhendə öz qatil generalına (Von Trohta) küçə adı belə veriblər.
Soyqırım, işğal, talançılıq, cinayət və işgəncələrin məktəbini yaradan almanlar bu addımları ilə günahsız insanları necə öldürməyin “yolunu” da göstərmişlər.
İndi bu yazdıqlarımdan sonra soruşanlarınız olacaq: “bu necə ölkədir, nə cür demokratiyadır?”

Almanları ən yaxşı təsvir edən əməlləri və elə özləridir

Cavab olaraq, alman jurnalisti MartinLejeunenin fikirlərini yazıram:
“Almaniyada jurnalistlərin azadlığı yoxdur.PKK Almaniya küçələrində istədiyi kimi mitinqlər təşkil edir.Türkləri öldürür. Təəssüf ki, Almaniya Türkiyədəki daxili sabitliyi pozmağa çalışan türk hökumətinə və türk millətinə hücum edən terror təşkilatlarını dəstəkləyir. Örnək olaraq, PKK-nı göstərmək istəyirəm. PKK Almaniyada ofis qurub çalışa bilir. İstanbul, Beşikdaşdakı bombalar partlayarkən və 40 polisin öldürüldüyü gecə PKK burada mitinqlə sevincini qeyd etdi.İŞİD alman silahları ilə Türk əsgərini öldürürür. Alman silahları ilə Türk əsgərlərinin öldürülməsini Almaniya özünə sorğu-sual etməlidir. Bu silahlar YPG, PYD, PKK-ya necə gedib çatır? Türkiyədə terror törədilməsini dəstəkləyən siyasətçilər Merkel tərəfindən Almaniyaya dəvət edilir.”
Oxudunuz, bir ölkənin idarəçi rəsmiləri terroristlə əl verib görüşürsə, onlar da Hitlerin davamçılarıdır, demək ki.

Bütün bunlardan sonra mənim ağlıma Almaniya deyəndə bax, bunlar gəlir: işğal hərisçiliyi, tayı-bərabəri olmayan kütləvi insan qırğınlarının cinayətkarı və talançılıq. Bütün yuxarıda yazılanlar alman tərcümeyi-halını ortaya qoyan danılmaz həqiqətlərdir. Almaniya cinayət və soyqırımın məktəbini yaratmış bir ölkədir. Qısacası, Almaniya – işğal, soyqırım, talançılıq, işgəncə və cinayət laboratoriyası olmağa davam edir.

Arzu Səyyad

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 210
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."