Almaniya kansleri Olaf Şolsla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin Mətbuat Xidməti bildirib.
“Kansler Olaf Şols bu saatlarda Prezidenti Volodmir Zelenskiyə telefon zəngi edərək bu çətin zamanda Almaniyanın Ukrayna ilə tamamilə həmrəy olduğunu bildirib”, – məlumatda qeyd olunub.
Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyanın əməliyyatları ilə bağlı bildirib: “Ukraynaya hücum etməklə Rusiya elementar beynəlxalq normaları pozub. Beynəlxlaq ictimaiyyət bu utancverici günə görə Rusiyanı unutmayacaq”.
Almaniyanın Xarici İşlər Nazirliyi vətəndaşlarını Ukrayna ərazisinin tərk etməyə çağırıb./RİA Novosti/