Almaniya kansleri Türkiyəyə gəlir – Müzakirə ediləcək vacib məsələlər nələr olacaq?

Almaniya kansleri Olaf Şolts oktyabrın 19-da Türkiyəyə səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçünün müavini Volfqanq Büxner Berlində keçirilən mətbuat konfransında bildirib. O deyib ki, Şolts gələn həftə sonu Türkiyəyə səfər edəcək və oktyabrın 19-da İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Görüşün məzmunu ilə bağlı əvvəlcədən heç nə deyə bilməyəcəyini bildirən Büxner Ukraynadakı müharibə və Yaxın Şərqdəki vəziyyətlə yanaşı, immiqrasiya, ikitərəfli əlaqələr və iqtisadi siyasətlərin müzakirə olunacağını da qeyd edib. Almaniya hökumətinin “Eurofighter” satışı ilə bağlı münasibəti ilə bağlı sualı cavablandıran Büxner, aparılacaq danışıqlarla bağlı heç nə deyə bilməyəcəyini bildirib.

Büxner səfər zamanı Ukrayna müharibəsinin əhəmiyyətli bir mövzu olacağını ifadə edərək, “Türkiyə burada mühüm tərəfdaşdır” deyib.

Nəsimi Ələsgərli

COP29