Millimizin futbolçusu Dmitri Nazarov karyerasını Almaniyanın digər klubu “Darmştadt”da davam etdirə bilər.
Yenicag.az xəbər verir ki, bu iddia ilə Almaniya mətbuatı çıxış edib. İddialara görə, II Bundesliqa təmsilçisi 28 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Qeyd edək ki, Nazarovun “Erzgebirge” ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.