Almaniya millisi öz rekordunu yenilədi

Futbol üzrə Almaniya millisi Avropa çempionatlarının qrup mərhələlərindəki məhsuldarlıq rekordunu yeniləyib.

Yenicag.az xəbər verir ki, Bundestim buna hazırda ev sahibliyi etdiyi qitə birinciliyində nail olub.

 

A qrupunda oynadığı iki matçda rəqib qapılarından ümumilikdə 7 top keçirən Yulian Nagelsmanın komandası Avro-2020-dəki göstəricisini (6 qol) yaxşılaşdırıb.

Qeyd edək ki, Almaniya millisi Şotlandiyanı 5:1, Macarıstanı isə 2:0 hesabı ilə məğlub edib.

COP29