Almaniya millisinin futbolçularından dopinq-test götürüldü

İngiltərə və Azərbaycan yığmaları ilə oyunlar ərəfəsində futbol üzrə Almaniya milli komandasının düşərgəsinə qəfil yoxlama gəlib.

Yeniçağ.az  xəbər verir ki, Almaniya Milli Antidopinq Agentliyinin müfəttişləri gözlənilmədən Bundestimin futbolçularını dopinq-testdən keçiriblər.

Oyunçulardan 2-si sidik, daha 2-si isə sidik və qan analizi verib. Lakin onların adları açıqlanmayıb.

Qeyd edək ki, Almaniya bu gün Dortmundda İngiltərə ilə yoldaşlıq görüşünə, martın 26-da isə Bakıda Azərbaycanla 2018-ci il Dünya çempionatının seçmə qrup matçına çıxacaq.

Yeniçağ.az