Almaniya Müdafiə naziri Ursula fon der Leyen ABŞ Prezidenti Donald Trampa cavab olaraq “NATO-ya borcumuz yoxdur” deyib.
Bu barədə Yeniçağ.Az yerli mətbuata istinadən məlumat verir.
“Müdafiə xərclərini BMT-nin və Avropanın sülh missiyalarına, həmçinin İŞİD-lə mübarizəyə də ayırırıq”, – nazir əlavə edib.
Qeyd edək ki, Almaniya kansleri Angela Merkellə görüşündən bir gün sonra ABŞ prezidenti Donald Tramp bəyan etdi ki, təhlükəsizliyinin təmin olunmasına görə Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb
“Güclü və çox baha başa gələn müdafiəsinin təmin edilməsinə görə Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb”, – deyə Tramp “Tvitter” hesabında yazıb.
Yeniçağ.Az