!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniya polisi rusiyalı oliqarxın yaxtasında da axtarış apardı

!Reklam – Yazi

Almaniyada polis rusiyalı iş adamı Əlişir Usmanovun yaxtasına basqın edərək axtarış aparıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyada polis Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan və Avropa Birliyinin sanksiya siyahısında olan iş adamı Əlişir Usmanovun villalarından sonra bu dəfə yaxtasına basqın edib.

Frankfurt əyalət prokurorluğundan verilən açıqlamada çirkli pulların yuyulması, vergidən yayınma şübhələri ilə aparılan istintaq çərçivəsində yaxtada geniş axtarış aparıldığı qeyd edilib.

Vergi müfəttişləri, prokurorlar və xüsusi təyinatlılar da daxil olmaqla 250 polis əməkdaşının iştirak etdiyi axtarış prosesində Usmanova məxsus çoxlu fayl və kompüterlər müsadirə edilib.

Xatırladaq ki, Almaniya federal polisi bir neçə gün öncə rusiyalı milyarder Əlişir Usmanova aid olduğu güman edilən bir neçə mülkdə, o cümlədən Bavariyadakı Tegernze gölündəki villasında da axtarış aparıb.

69 yaşlı Usmanov Rusiyanın ən varlı adamlarından biridir, “Forbes” jurnalı onun sərvətini 11,5 milyard dollar qiymətləndirir.

Usmanov Avropa İttifaqı tərəfindən fevral ayında Kreml və Putinlə sıx əlaqələrə malik olduğu və Rusiya hökumətinin Ukrayna ilə bağlı siyasətini dəstəklədiyi üçün sanksiya siyahısına salınmışdı.

www.yenicag.az

248
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv