Almaniya səfiri Gürcüstan XİN-ə çağırıldı

Avropa İttifaqı (Aİ) və Almaniya səfirləri Gürcüstan XİN-ə çağırılıblar.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Diplomatlara respublikada cinayət işləri üzrə qiyabi məhkum olunmuş keçmiş ədliyyə naziri Zurab Adeişvilinin Ukrayna nümayəndə heyətinin tərkibində Berlin və Brüsselə səfərindən narahatlıq ifadə olunub.

Bildirilir ki, Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski və Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer ilə görüş keçirilib. Onlara Gürcüstan məhkəməsi tərəfindən cinayətkar kimi tanınan və axtarışda olan Zurab Adeişvilinin Aİ və Almaniyaya səfərlərində iştirakı ilə əlaqədar gürcü tərəfinin narahatlığı rəsmi şəkildə çatdırılıb.

COP29