“Almaniya səfiri qarşıma bir neçə xəritə qoydu və dedi ki…” – Mövlud Çavuşoğlu

“Həmkarlarımızla təkbətək görüşlərdə gərginliyi azaltmaq üçün müəyyən gedişlər etməli oluruq”.

Yenicag.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” kanalına bu dəqiqələrdə davam edən müsahibəsində maraqlı məqamlara toxunub.

Çavuşoğlunun sözlərinə görə, digər ölkələrin xarici işlər nazirləri ilə keçirdiyi görüşlərdə yumşaldıcı gedişlərə əl atmalı olub:

“Elə məsələlər olur ki, müzakirələrin gedişində razılığa gəlinmir və bu da müəyyən gərginlik yaradır. Amma həmkarlarımızla təkbətək görüşlərdə gərginliyi azaltmaq üçün müəyyən gedişlər etməli oluruq.

Deyirəm ki, biz xarici işlər nazirləriyik, anlaşmasaq belə, gərginlikdə qalmağa ehtiyac yoxdur. Əsas olan müzakirələrin aparılması üçün zəminin sağlam qalmasıdır.

Doğrudur, müəyyən vəziyyətlərlə də qarşılaşırıq. Məsələn, Almaniya xarici işlər naziri ilə görüşdə o qarşıma Türkiyənin, xüsusilə Aralıq dənizində suverenliyinin şübhə altına alındığı bir neçə xəritə qoydu. Etirazımı bildirdikdə dedi ki, bütün bunlar ifadə azadlığıdır.

Ona dedim ki, yaxşı, biz Almaniyanın bir hissəsini Fransaya, bir hissəsinin İsveçrə və başqa ölkələrə bağışlasaq, nə edərsiniz? Belə durumlarda lazım olan cavabları istənilən formada veririk”.