Almaniya türk-kürd problemini həll etməkdə israrlıdır

104393_res_01Almaniya Türkiyə-PKK münaqişəsində vasitəçi olmaq istəyir.

Bu istəklə Almaniyanın xarici işlər naziri Frank Valter Ştayn-Mayer özünün xüsusi nümayəndəsi Andreas Mixaelisi danışıqlar aparmaq ötrü Ankaraya rəsmi səfərə göndərib.

Azvision.az “Deutsch-Türkisches Journal”a istinadən xəbər verir ki, səfər çərçivəsində Almaniya təmsilçisinin Türkiyənin bir çox rəsmiləri ilə, həmçinin xarici İşlər nazirinin müşaviri Feridun Sinirlioğlu ilə də görüşəcəyi gözlənilir.

Almaniyalı diplomatın qarşısına türk-kürd probleminin həllində sülh variantlarının axtarışı ilə bağlı mühüm tapşırıqların qoyulduğu deyilir.