Almaniya Türkiyə vətəndaşlarına ikili vətəndaşlıq pasportunu verəcək

Almaniya Türkiyə vətəndaşlarına ikili vətəndaşlıq pasportu verəcək.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bunu ölkənin kansleri Angela Merkel bildirib.

O, qeyd edib ki, parlament seçkiləri dövründə xalqın önəmli hesab etdiyi hər bir məsələni gündəmə gətirəcək. Merkel vətəndaşlıq məsələsinin də bu sırada olduğunu, amma önəmli məsələ olmadığı bildirib. O, əlavə edib ki, Almaniya pasportuna sahib olan türk əsilli vətəndaş bu dövlətə sadiq olmalıdır.

“Burada əsas odur ki, insanları yaşam tərzimizə, konstitusiyamıza və dəyərlərimizə mümkün qədər erkən vaxtlardan inandırq”, – deyə kansler əlavə edib.

Yeniçağ.Az

COP29