Almaniya Türkiyənin bu şəhərlərinə turist göndərəcək – Qadağalar ortadan qaldırıldı

Almaniya Türkiyəyə qarşı səyahət məhdudiyyətini qismən qaldırıb.

Yenicag.az xəbər verir ki, 31 avqusta qədər vətəndaşlarının Türkiyəyə səyahət etməsini qadağan edən alman hökuməti 4 avqustdan etibarən Antalya, İzmir, Muğla və Aydın üçün “yaşıl işıq” yandırıb.

Türkiyənin turizm sektorunun təmizlik və sağlıq konseptinin yetərli olduğunu bildirən Almaniya bu məhdudiyyəti aradan qaldırıb.

Ölkəyə dönüşdə PCR testi tələb edəcək Alman hökumətinin bu qərarı Türkiyədə məmnunluqla qarşılanıb. Türkiyənin mədəniyyət və turizm naziri Ərsoy “Türkiyə olaraq, “Sağlam Turizm Sertifikatlı Proqramı” ilə alman turistləri qarşılamağa hazırıq” deyə, bildirib.

COP29