Almaniya Türkiyəyə xəbərdarlıq etdi – Yeni və daha böyük miqrant axını gözlənilir

Almaniya Türkiyəni yeni miqrant axını ilə bağlı xəbərdar edib. 

Yenicag.az xəbər verir ki, bu barədə Almaniya Daxili işlər naziri Horst Sefor bildirib.

Sefor Almaniyanın Türkiyə ilə miqrant problemi barədə birgə işləmək istədiyini bildirərək, 2015-ci ildə olduğu kimi yeni böyük bir miqrant axını barədə xəbərdar edib:

“Onları uzun müddətdir ki, tək qoymuşuq. Avropa Birliyi tərəfdaşlarının miqrant problemi ilə bağlı çabaları a dəstək verməsək 2015-ci ildə olduğu kimi ciddi bir problem yaşanacaq. Bu dörd il öncəkindən daha böyük bir problem ola bilər…”

Avropa Birliyi Komissiyasın yeni rəhbəri Ursula Leyen ilə miqrant axının təkrarlanmaması üçün bərabər işləyəcəklərini deyən Sefor, eyni zamanda Almaniya kansleri Angela Merkeldən də dəstək aldığını bildirib.

Türkiyənin miqrant problemində önəmli tutumundan danışan almaniyalı nazir, birliyi gücləndirmək üçün Türkiyənin də köməyindən yararlanmaq istədiklərini dilə gətirib.

Türkiyənin AB-nin söz verdiyi dəstəyi lazımınca ala bilməməsi barədə yayılan xəbərlərə isə, almaniyalı nazir məsələnin dərindən araşdırılacağı barədə cavab verib.

Həşim Səhrablı

COP29