Almaniya Ukraynaya üçüncü “Patriot” zenit raket sistemi, dəniz katerləri və “Vector” dronlarını ehtiva edən yeni bir hərbi yardım paketi verib.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i Almaniya Federal hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, yardım paketinə “Patriot”dan başqa, onun üçün raketlər və ehtiyat hissələri, həmçinin “Leopard 1” tanklarının döyüş sursatları, həmçinin 30 ədəd “Vector” kəşfiyyat PUA-sı, pilotsuz təyyarələrin söndürülməsi üçün 200 mobil cihaz; 10 dəniz kateri; 10 zirehli maşın və 3 patrul maşını; “Gepard” zenit tankları üçün 55 min 155 mm mərmi və 9 min digər mərmilər daxildir.
Qeyd edək ki, “Patriot” Ukraynanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artıra biləcək güclü zenit-raket kompleksidir. O, şəhərləri, infrastrukturu qoruyaraq ballistik və qanadlı raketləri, təyyarələri vurmağa qadirdir./Report/