!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Almaniya və İngiltərə də rəsmən dünya çempionatında

!Reklam – Yazi

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Avropa zonasının C, E və F qruplarında növbəti oyunlar keçirilib.

Yenicag.az xəbər verir ki, C qrupunda mübarizə aparan millimiz bu gün Çexiya millisini qəbul edib və məğlub olub. Norveç isə autsayder San Marinoya səfərdə 8 cavabsız qol vurub.

Qrupun əsas diqqət çəkən oyunu isə Belfastda baş tutub. Burda keçirilən Şimali İrlandiya və Almaniya millilərinin oyununda ilk 2 pillənin taleyinə aydınlıq gəlib. Almaniya bu oyunda da qələbə qazanmaqla sürprizə imkan verməyib.

Digər qruplarda Polşanın səfərdə Ermənistanı darmadağın etməsi diqqət çəkən olub. Danimarka səfərdə Çernoqoriyaya, Rumıniya isə Qazaxıstana qalib gəlib.

İngiltərə və Şotlandiya yığmaları doğma meydanda müvafiq olaraq Sloveniya və Slovakiyaya oxşar hesabla (1:0) qalib gəlib. Malta – Litva duelində isə qalib müəyyənləşməyib.

9-cu turun ilk oyun günündən sonra Almaniya və İngiltərə yığmaları da mindiala vəsiqəni təmin edib. Beləliklə, DÇ-2018-ə vəsiqə qazananların sayı 10-a çatıb. Daha əvvəl təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Belçika yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

DÇ-2018-in seçmə mərhələsi
5 oktyabr

C qrupu

Azərbaycan – Çexiya 1:2
Qol: Ə.İsmayılov, 55-pen – Y.Kopiç, 35. A.Barak, 66.

San Marino – Norveç 0:8
Qol: M.Henriksen, 8. C.Kinq, 14-pen; 17. M.Elyunussi, 40; 48; 68. K.Selnes, 59. M.Linnes, 87.

Şimali İrlandiya – Almaniya 1:3
Qol: C.Macennis, 90 – S.Rudi, 2. S.Vaqner, 21. C.Kimmix, 86.

Almaniya – 27, Ş.İrlandiya – 19, Çexiya – 12, Norveç – 10, Azərbaycan – 6       , San Marino – 0.

E qrupu

Rumıniya – Qazaxıstan 3:1
Qol: K.Budesku, 33; 38. K.Keseru, 73 – B.Turisbek, 82.

Ermənistan – Polşa 1:6
Qol: H.Hambardzumyan, 39 – K.Qrosiçki, 2. R.Levandovski, 18; 25; 64. Y.Blaşikovski, 58. R.Volski, 89.

Çernoqoriya – Danimarka 0:1
Qol: K.Eriksen, 16.

Polşa – 22, Danimarka – 19, Çernoqoriya – 16, Rumıniya – 12, Ermənistan – 6, Qazaxıstan – 2.

F qrupu

Malta – Litva 1:1
Qol: A.Aqius, 23 – V.Slivka, 53.

İngiltərə – Sloveniya 1:0
Qol: H.Keyn, 90.

Şotlandiya – Slovakiya 1:0
Qol: K.Martin, 89.

İngiltərə – 23, Şotlandiya – 17, Slovakiya – 15, Sloveniya – 14, Litva – 6, Malta – 1.

www.yenicag.az

4201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv