Almaniya XİN: “15 iyulda səhv etdik”

Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel, ötən il Türkiyədə baş verən çevriliş cəhdi ilə bağlı danışıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir ölkəsinin Türkiyəyə qarşı münasibətdə səhvə yol verdiyini bildirib:

“Türkiyədəki çevriliş cəhdindən sonra Türkiyə hökuməti və xalqı ilə daha sıx həmrəylik nümayiş etdirməliydik. Bunu səmimiyyətlə deyirəm. Həmin hadisədən sonra təcili şəkildə Türkiyəyə rəsmi ziyarət etməliydik, bu, bizim səhvimizdir.”

Qabriel çevriliş cəhdini dəstəkləmədiklərini vurğulayıb:

“Məsələnin kökündə əlbəttə ki, çevriliş cəhdinin əleyhinəydik və seçilmiş hökuməti dəstəkləyirdik. Şəxsi həyatda da çox sevdiklərimizdən nəsə gözləyirik və həmin münasibəti görməyəndə inciyirik. Türkiyə hökumətinin bizə qarşı münasibəti də belə oldu. Buna görə düşünürəm ki, bu mövzuda daha fərqli bir mövqe ortaya qoya bilərdik.”

Yenicag.az